525.Az

BDU-da Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan açıq dərs


 

BDU-da Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan açıq dərs <b style="color:red"></b>

İctimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan açıq dərs başlayır.

Açıq dərsdə fakültənin pofessor-müəllim heyəti və tələbələri ilə yanaşı, BDU-nun Tədris Metodiki şurasının sədri, akademik Vasif Babazadə, dosent Vaqif Qasımzadə, dosent Knyaz Aslan, Jurnalistika fakültəsinin dekanı, Vüqar Əliyev, Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli və digər qonaqlar diqqətlə Nəsiman müəllimi dinləyirlər.

Mən öz növbəmdə kompüter arxasında dərs üçün hazırlanmış videoçarx və slaydları idarə edirəm.

Nəsiman müəllim xüsusi bir diqqət, həyəcan və sevgi ilə Əhməd Ağaoğlunu danışır bizə.

Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, Azərbaycanın siyasi, ictimai tarixində, ədəbi sahədə böyük xidmətlərindən, "Kaspi” qəzetinin baş redaktoru olmasından söz açır.  Həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktoruluq etməsini, “Difai” təşkilatını qurub, “İrşad” qəzetini yaradıb və qəzetin redaktoru olduğunu qeyd edir. Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanındığını qeyd edən professor, məhz belə şəxslərin Şuşada anadan olmasının təsadüf olmadığını vurğulayır.

Şuşalılar barədə söz açan professor N.Yaqublu bu sıraya  Sürəyya Ağaoğlu (Türkiyənin ilk qadın vəkili),  Ceyhun Hacıbəyli, Nəriman bəy Nərimanbəyli, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir və bir neçə şəxsin adını əlavə edir.

İki saat davam edən açıq dərs Nəsiman müəllimin audutoriyanın suallarını cavablaması ilə yekunlaşır.

Hərmiz bir şey öyrəndik -tariximizi, mətbuatımızı, ədəbiyyatımızı, ideologiyamızı, siyasi görüşlərimizin formalaşma amillərini və daha nələr, nələr..ş

Amma bütün bunlar Əhməd bəy Ağaoğlu şəxsində əks olunmuşdu.

Ümid Oruc

 





25.01.2020    çap et  çap et