525.Az

Çində koronavirusdan ölənlərin sayı 41 nəfərə çatıb


 

Çində koronavirusdan ölənlərin sayı 41 nəfərə çatıb<b style="color:red"></b>

Çində yeni tip koronavirusdan (2019-nCoV) ölənlərin sayı sürətlə artır.

APA-nın məlumatına görə, virusdan ölənlərin sayı 41 nəfərə çatıb, daha 1287 nəfərin bu virusa yoluxduğu bildirilir.

Son olaraq Mərkəzi Çində yerləşən Uxan şəhərində 62 yaşlı həkim Lyan Udun koronavirusdan vəfat edib.

Hazırda bu virusa yoluxmuş şəxslərlə kontaktda olmuş 13967 nəfər müəyyənləşib. Onlar həkim nəzarəti altına alınıb.

 





25.01.2020    çap et  çap et