525.Az

XİN: "Azərbaycan Türkiyə ilə birlikdədir və hər cür yardım göstərməyə hazırdır"


 

XİN: "Azərbaycan Türkiyə ilə birlikdədir və hər cür yardım göstərməyə hazırdır"<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirib.

“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.

Xatırladaq ki, Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.

 





25.01.2020    çap et  çap et