525.Az

Ərdoğan Elazığa səfər etdi


 

Ərdoğan Elazığa səfər etdi<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.

APA-nın xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. 

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

 





25.01.2020    çap et  çap et