525.Az

Rusiyada moskvalılarla qafqazlılar arasında dava olub


 

Rusiyada moskvalılarla qafqazlılar arasında dava olub<b style="color:red"></b> Moskvanın cənubunda yerləşən "Qlobal Siti" Ticarət-Əyləncə Mərkəzində moskvalılarla Şimali Qafqazdan gələnlər arasında dava olub.

Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi RF DİN-in mətbuat mərkəzinə istinadən məlumat verib.

Məlumatda deyilir: "Dava noyabrın 14-də gecəyarısı "Qlobal Siti" Ticarət-Əyləncə Mərkəzindəki barda iki paytaxt sakini ilə iki qafqazlı arasında baş verib. Onların hamısı sərxoş olublar. Münaqişənin gedişində soyuq silah tətbiq edilib. Nəticədə davanın üç iştirakçısı xəstəxanaya yerləşdirilib, birinə isə hadisə yerində tibbi yardım göstərilib".

İTAR-TASS-ın hüquq mühafizə orqanlarındakı mənbəsinin məlumatına görə, xəstəxanaya yerləşdirilənlər arasında İnquşetiya və Çeçenistan sakinləri var. Polis əməkdaşları hadisə yerindən bıçaq və beşbarmaq götürüblər.

Faktla bağlı RF CM-in 112-ci maddəsi (sağlamlığa orta ağırlıqda xəsarət yetirmə) üzrə cinayət işi qaldırılıb.
 





15.11.2013    çap et  çap et