525.Az

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlanıb


 

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı açıqlanıb.

APA-nın verdiyi xəbərə görə, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib ki, XİN başçıları arasında növbəti görüş yanvarın 29-30-da Cenevrədə baş tutacaq.

 





27.01.2020    çap et  çap et