525.Az

MSK sədri deputatlığa namizədlərin sayını açıqlayıb


 

MSK sədri deputatlığa namizədlərin sayını açıqlayıb<b style="color:red"></b>

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, hazırda 1374 nəfər deputatlığa namizəd var.

Deputatlığa namizədlərin 248  nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir.  Ümumilikdə isə deputatlığa namizədliyi qeydə alınan şəxslərin 310 nəfərinin partiya mənsubiyyəti var.

 

 





27.01.2020    çap et  çap et