525.Az

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - Fotolar


 

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir -  <b style="color:red"> Fotolar </b>

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) Ağcabədi rayonun  Şərəfxanlı, Şotlanlı və Şahmalılar kəndlərində seçicilərlə görüş keçirib.

Görüş zamanı deputatlığa namizəd son vaxtlar ölkədə aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, eləcə də, özü və fəaliyyəti haqqında ətraflı məlumat verib.  Kənd sakinləri bu dövr ərzində Aqil Abbasdan razı qaldıqlarını, onlar üçün hər zaman əlçatan deputat olduğunu xüsusi qeyd ediblər.

Kənd sakinləri Aqil Abbası növbəti parlament seçkilərində də dəstəkləyəcəklərini bildiriblər.

 





27.01.2020    çap et  çap et