525.Az

Parlament seçkiləri ilə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib


 

Parlament seçkiləri ilə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib<b style="color:red"></b>

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri qeyd edib ki, indiyə qədər 55 min 492 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 52 min 858 nəfər  dairə seçki komissiyalarında, 1434 nəfər isə MSK-da qeydiyyatdan keçib”.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.

 





27.01.2020    çap et  çap et