525.Az

Səməd Seyidov: “AŞPA-da böhran hökm sürür”


 

Səməd Seyidov: “AŞPA-da böhran hökm sürür”<b style="color:red"></b>

“AŞPA-da böhran hökm sürür. Bu gün assambleyada ilk dəfə 8 ölkədən nümayəndə heyətlərinin səlahiyyətləri ilə bağlı etirazların olduğunu gördük. Bunun da əsas səbəbi üzv dövlətlərin bir-birinə hörmət etməməsi və anlayış göstərməməsidir”.

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın AŞPA-dakı  nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında çıxışında deyib. O, Ermənistan nümayəndələrinin Azərbaycana qarşı təhqiramiz bəyanatlar səsləndirdiyinə toxunaraq, bunun qəbuledilməz olduğunu vurğulayıb.

S. Seyidov Azərbaycanda keçiriləcək parlament seçkilərinə də toxunaraq artıq 400-dən çox beynəlxalq müşahidəçilərin qeydiyyatdan keçdiyini bildirib.

O, AŞ üzvü olan ölkələrin nümayəndələrini bir-birinə qarşı daha hörmətli olmağa çağırıb.

 





27.01.2020    çap et  çap et