525.Az

Kompleks yanaşma ilə dərinliklərə doğru


 

Kompleks yanaşma ilə dərinliklərə doğru<b style="color:red"></b>

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik

Yer üzündə təkallahlığın, tanrıçılığın ilk böyük carçısı kimi tanınmış Nuh peyğəmbər haqqında ilkin məlumatlar qədim səmavi kitablarda öz əksini tapdığı üçün uzun əsrlər boyu dünyada Nuhun gəmisi Dünya tufanı hadisəsinə mifologiya kimi baxılmışdır. Çox sonralar Dəclə Fərat çayları arasında, Mesopotomiyada aparılmış arxeoloji qazıntılar əsasında əldə olunan elmi nəticələr Ümumdünya daşqını haqqındakı miflərin gerçək əsaslara malik olduğunu aşkara çıxardı.

Nəhayət, qədim Şumer dastanı olanBilqamıskitabələrinin üzə çıxarılması, mətnlərin bərpası, oxunması, bəyan edilməsi ilə Dünya tufanı əfsanəvi gəmi ilə bağlı əhvalatların reallığı açıq şəkildə meydana qoyulmuşdur. Tufandan öncəki sonrakı əhvalatları özündə əks etdirənBilqamısdastanındakı Uçnapiştinin Nuh peyğəmbərin proobrazı olduğunu elm qəbul etməyə başladı. 

Son iki yüz ilədək olan dövrdə dünyanın müxtəlif xalqlarının alimlərinin Nuhun gəmisinin sorağı ilə Ağrıdağına olan səfərləri, buraya təşkil olunan ekspedisiyalar, aparılan müşahidələr, irəli sürülən fərziyyələr ətrafında Avrasiya elmi mühiti məkanı miqyasında gedən diskusiyalar məsələni daha da ciddiləşdirmişdir. Artıq iki əsrdən çoxdur ki, dünya alimləri Nuh peyğəmbərdən yalnız tənqidi notlar üzərində söz açmır, bu məsələdə dini-əsatiri motiv arxa plana keçirilir, tarixi motivlər güclənir.

Son yüzillikdə Nuh peyğəmbərlə əlaqədar başqa bir məsələ meydana çıxmışdır. Bəzi xristian xalqları, xüsusən ermənilər Nuh peyğəmbəri özlərinin müqəddəs dini atası kimi qələmə verməyə çalışdıqları üçün, müsəlman aləmində, o cümlədən Türkiyədə xüsusən Azərbaycanda Dünya tufanı əfsanəvi gəmi mövzusuna ehtiyatla yanaşılmışdır. Halbuki Nuh peyğəmbər ayrılıqda hər hansı bir xalqın deyil, Dünya tufanından sonrakı bütün xalqların babasıdır. Nuh Peyğəmbər Adəm babamızdan sonrakı ikinci sivilizasiyanın yaradıcısıdır. Ümumiyyətlə, bütün bəşəriyyət Nuh peyğəmbərin törəmələrindən artıb inkişaf etmişdir. Bununla yanaşı, Nuh peyğəmbərin varisliyi uğrundakı mübarizə xalqların qədimliyini, ilkinliyini isbat etmək istiqamətində formalaşmış bir strategiyaya çevrilmişdir. Bütün bunlara görə indiki dövrdə Nuh peyğəmbər mövzusu Azərbaycan elmi üçün aktualdır. Xüsusən Nuh peyğəmbər Dünya tufanı ilə bağlı mifologiyanın, toponimikanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda geniş yayılması, ulu peyğəmbərin məzarının burada olması kimi faktlar bu sahədə əsaslı elmi tədqiqatlar aparmaq üçün zəngin material verir.
 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadənin son illərdə meydana çıxmış elmi əsərləri yeni dövr Azərbaycan nuhşünaslığının möhkəm elmi təməlini, böyük bünövrəsini təşkil edir. Tanınmış tarixçi etnoqraf Qadir QədirzadəninNuh peyğəmbər, dünya tufanı Naxçıvanmonoqrafiyası ilə (2008) Azərbaycanda nuhşünaslıq ciddi bir elm səviyyəsinə qaldırılmışdır. Bu monoqrafiyada müəllif əldə etdiyi zəngin mifoloji dini-tarixi arxeoloji-etnoqrafik materiallar əsasında Dünya tufanı hadisəsinin Naxçıvanla bağlı olduğunu Nuh peyğəmbərin gəmisinin Naxçıvan ərazisindəki Gəmiqayada yerə endiyi versiyasını əsaslandırılmış şəkildə irəli sürmüşdür. Bu məsələyə başqa bucaq altında baxanların hansı səviyyədə qəbul etməsindən asılı olmayaraq, Qadir Qədirzadə nuhşünaslığın yeni versiyasına dair cəlbedici inandırıcı bir təlimi meydana qoya bilmişdir. Hacı Qadir QədirzadəninƏcəminəşriyyatında çapdan buraxılmışNaxçıvan: Nuh baba Türk atadan gələn yolmonoqrafiyası (2011) həmin problemlə bağlı daha dərin əhatəli elmi baxışların, mövzuya dair əlavə yeni materialların əldə olunması təqdimi əsasında formalaşmış əhəmiyyətli əsərdir. Bu qiymətli elmi əsər nuhşünas aliminNuh peyğəmbər, Dünya tufanı Naxçıvanmövzusundakı axtarışlarının üzvi tərkib hissəsi, davamı olub onun axtarışlarının indiyəqədərki böyük bir mərhələsinin ümumiləşmiş yekunudur.

Ümumiyyətlə, dünya elmində Nuh peyğəmbərin tarixi şəxsiyyət olub-olmaması mübahisə mövzusuna çevrilməmişdir. Elmdə əsas mübahisə Nuh peyğəmbərin əfsanəvi gəmisinin mövcudluğu, harada torpağa yenməsi Dünya tufanı hadisəsi üzərində getmişdir. İndiyədək Nuh peyğəmbərin məzarının olduğu yerə ya ümumiyyətlə belə bir məzarın mövcudluğuna dair xüsusi bir axtarışın aparılmaması çatışmazlıqları ilə bir sırada həm tarixi şəxsiyyət kimi Nuh peyğəmbərin varlığının mübahisəsiz olaraq qəbul edilməsi mənasını ifadə edir. Nuhun gəmisinin qalıqlarının Ağrı dağında, Cüdo dağında Naxçıvandakı Gəmiqayada axtarışının illərdən bəri hələ davam etdirilməsi isə Dünya tufanı hadisəsi ilə əlaqədar məsələnin mübahisəli məqamlarının, şübhələrin aradan qaldırılması, əsl gerçəkliyin müəyyən edilməsi məqsədini daşıyır. Yəni elmi fikrin əsas məqsədi Nuh peyğəmbərin şəxsiyyətinin varlığını yox, onun əfsanəvi gəmisinin mövcudluğunu üzə çıxarmaqdan ibarətdir. Buna görə beynəlxalq miqyasda Nuhun gəmisinin hazırlama prosesinin, həcmi, quruluşu, materialı, gəmidəki canlıların tərkibi, səfər müddətində bu canlıların qorunub xilas edilməsi sair kimi məsələlərin öyrənilməsi Dünya tufanı elmində xüsusi yer tutur. Qadir QədirzadəNuh peyğəmbər, Dünya tufanı Naxçıvanmonoqrafiyasında Nuh peyğəmbərin gəmisinin quruluşu, imkanları ilə bağlı elmdə mövcud olan mülahizələri diqqətlə nəzərdən keçirərək bu barədə aydın ümumiləşmiş bir fikri meydana qoymuşdur. MüəllifinNaxçıvan: Nuh baba Türk Atadan gələn yolkitabında isə ilk növbədə Nuh peyğəmbərin gəmisindəki heyvanlar aləminə dair dəqiqləşdirmələr aparılmışdır.

Bu baxımdan müəllifin əfsanəvi gəmidəki heyvanlar aləminə aid müqəddəs dini kitablarda Bilqamısdastanında verilmiş məlumatlarla birlikdə Naxçıvandan toplanılmış əfsanə rəvayətlərə əsaslanaraq konkret nəticələrə gəlməsi məsələnin dəqiqləşdirilməsinə aydınlaşdırılmasına imkan yaratmışdır. Qadir Qədirzadənin qənaətlərinə görə indi təqvimdə illərin müəyyən heyvanlar üstündə başlanması ya təhvil olması, 12 aylıq təqvimin meydana çıxması kimi məsələlər Nuhun gəmisində xilas edilmiş heyvanlar aləmi ilə üzvü surətdə bağlıdır.

Naxçıvan: Nuh baba Türk Atadan gələn yolkitabındakı əsas yeniliklər yerli toplama materialları əsasında yeni ideyaların, versiyaların formalaşması ilə bağlıdır. KitabdakıNuh yurdunda peyğəmbər izləribölməsində müəllifin Naxçıvan ərazisindəetnoqrafik çöl materialı toplayarkənCulfa rayonunun Kırna kəndi yaxınlığında, Haçadağın Naxçıvana baxan səmtindəPeyğəmbər ayağıadlanan yeri onunla bağlı rəvayəti qeydə almaqla Nuh yer adlarına daha bir məqamı əlavə etməsi əhəmiyyətli bir yenilikdir. Bu, nuhşünaslıq elmində tarixlə mifologiya toponimikanın sintezi, kompleks yanaşma əsasında əldə olunan mühüm elmi nəticədir. Həmin tapıntı əfsanəvi gəminin quruya çatdığı Kiçik Qafqaz dağları silsiləsinin ən uca nöqtəsi olan Gəmiqayadakı Qapıcıq zirvəsindən Nuh peyğəmbərin üzü aşağı oturaq məkanaNuhdabana doğru hərəkətini izləmək baxımından mühüm əhəmiyyətə malikdir. “Peyğəmbər ayağıadlanan yerdə dağ yaxasında 127 ayaq izinin qeydə alınması sivilizasiyanın başlanğıcında Nuh nəslinin oturaq həyata keçid baxımından seçdiyi yolu, marşrutu müəyyən etməyə çox kömək edir. Fikrimizcə, bu tapıntı nuhçuların oturaq həyata doğru Gəmiqaya-Haçadağ-Nuhdaban-Naxçıvan marşrutunu aydın şəkildə təsəvvür etməyə imkan yaradan dəyərli bir dəlildir. Bu, Nuh peyğəmbərin əfsanəvi gəmisi səfəri ilə yanaşı, həm onun beləliklə, bəşəriyyətin oturaq həyat uğrunda mübarizəsini addım-addım izləməyə əyanilik gətirə bilən qiymətli tapıntıdır.

Fikrimizcə, Qadir Qədirzadənin yeni kitabının şah damarını geniş mənada elmdə, o cümlədən nuhşünaslıqda tam yeni olan Türk Ata ilə bağlı müşahidələr, tapıntılar təhlillər təşkil edir. Nuh peyğəmbər Dünya tufanı hadisəsi ilə əlaqədar çoxəsrlik tədqiqatlarda ilk dəfə olaraq Qadir Qədirzadə Türk Ata fərziyyəsini irəli sürür. Məlum olduğu kimi, uzun əsrlər boyu Nuh peyğəmbərdən bəhs edərkən bu müqəddəs şəxsiyyətin dörd oğlu (Xam, Sam, Yafəs Kənan) olduğu qəbul olunmuşdur. Eyni zamanda, elmi ədəbiyyatda əsasən türk qövmünün Yafəsdən, xüsusən onun övladı Türkdən başlayaraq yaranıb formalaşması mülahizəsi Qərbdə , Şərqdə əsas müddəa kimi formalaşmışdır. Buna baxmayaraq, Qadir Qədirzadə əldə olunan yeni materiallar əsasında Türkün Nuh peyğəmbərin nəvəsi, Yafəsin oğlu yox, ulu peyğəmbərin övladı olduğu versiyası təqdim edilir. Tarixçi-etnoqraf alimin bu məsələdə istinad etdiyi iki əsas mənbədən biri Naxçıvandan toplanılaraq hələ 1988-ci ildə Bakıda nəşr olunmuşAzərbaycan mifoloji mətnlərikitabında verilmiş əsatirdən, digəri isə türkologiyanın böyük babası Mahmud Kaşqarinin hələ XI əsrdə ərsəyə gətirdiyiDivani-lüğət-it türkəsərindəki dəqiq məlumatlardan ibarətdir. Qadir Qədirzadənin nəzərə çarpdırdığı mifoloji mətndəkiçox keçmir ki, tufan dayanır, su yatır. Nuh peyğəmbər oğlanlarına deyir ki, istədiyiniz canlılardan götürüb düşün quruya, yaşayıb nəslinizi artırın. Oğlanlarından birinin adı Türk idi. Bu Türk qoyunnan qoçu götürüb torpağa düşdükimi mülahizələrdə Türkdən Nuh peyğəmbərin oğlu qismində söz açılır. Eyni zamanda, Qadir Qədirzadənin təqdimatında Mahmud Kaşqarinin dünyada mühüm tarixi mənbə kimi qəbul olunan lüğətindəki aşağıdakı məlumatlarda da Nuh oğlu Türkdən bəhs edilir: “TürkNuh əleyhüssəlamın oğlunun adıdır. Bu ad  Nuh oğlu Türkün övladlarına Tanırının verdiyi addır”. Göründüyü kimi, hər iki mənbədəki məlumatlar bir-birini tamamlayır. Qadir Qədirzadənin şərhlərində Türk həm Nuh peyğəmbərin oğlanlarından birinin, həm Türkün övladlarına” – türklərə verilmiş adın ifadəsidir. Müəllifin gəldiyi qənaət bundan ibarətdir ki, “deməli, Türk ifadəsi adla bərabər toplunu da əhatə edir ümmət, millət anlamına gəlir...

Türk Ata da öz ümmətinin peyğəmbəri olmuşdur”. Bütün bunların zəminində Qadir Qədirzadənintürkün soykökündə, milli dini kimliyində Naxçıvandan başlanan Türk Ata yolunəzəriyyəsi ilə bağlı müddəaları formalaşmışdır. Ümid edirik ki, Azərbaycan elmində AMEA-nın müxbir üzvü Qadir Qədirzadəyə məxsus Türk Ata nəzəriyyəsi tədqiqatçıların diqqətini cəlb edəcək, mənşə, soykök məsələlərinin araışdırılması zamanı bu faktor nəzərə alınacaqdır. Bütün bunlar isə öz növbəsində həm Nuh peyğəmbərdən başlanan məskunlaşma məsələlərindən bəhs edilərkən tarixi məlumatlarla mifologiyanın toponimikanın vəhdətdə öyrənilməsinin, problemə kompleks yanaşmanın əhəmiyyətini diqqət mərkəzinə çəkir. Bütövlükdə Qadir Qədirzadənin təqdim olunan monoqrafiyası qədim tarixə kompleks yanaşma prinsipi əsasında yazılmış bu tip yanaşmanın faydasını diqqət mərkəzinə çəkən mühüm elmi-tədqiqat əsəridir. Ümumiyyətlə, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin əsərlərində tarixlə yanaşı toplama materialları, yəni faktlar etnoqrafiya üstünlük təşkil edir. Müəllif adətən həmin toplama materiallarında nəzərə çarpan fikirləri toponimika ilə təsdiq edib möhkəmləndirməyə çalışır. Bundan başqa, Qadir Qədirzadənin tədqiqatlarinda arxeologiya amili digər tip yanaşmaları tamamlayır. Bütün bunlara görə Qadir Qədirzadənin elmi ideyaları qənaətləri inandırıcı, əhatəli təlim səviyyəsində görünür. Kompleks yanaşma metodu Qadir QədirzadəninDörd çayarası sivilizasiyanəzəriyyəsi məsələsinə tarixi-mifoloji paralellər əsasında Araz çayı hövzəsinin əlavə olaraq daxil edilməsinin mümkünlüyü qənaətinə gəlib çatmasını şərtləndirmişdir. Hətta Qadir Qədirzadənin bu fikrinə tam şərikik ki, tarixi proseslər dəyərləndirilərkənbu işdə ciddi rol oynayan arxeoloji materiallara, yazılı mənbələrə önəm verməklə mif, əsatir rəvayətlərlə yanaşı, ərazinin təbii coğrafi şəraiti nəzərə alınmalıdır”. Naxçıvanda şəhərsalmanın da tarixindən bəhs edərkən Qadir Qədirzadə problemə geniş aspektdə komleks yanaşmanın tərəfdarı kimi çıxış etməklə yanaşı, özünün həmin prinsiplər vasitəsilə əldə etdiyi nəticələrə görə bu regionda ilkin şəhərin beş min ildən çox tarixə malik olması qənaətinə gəlmişdir. Eyni zamanda, Qadir Qədirzadənin duzçıxarmaya daNuh peyğəmbərdən qalma peşəkimi baxması, “daş alətlərdən istifadə olunmasına daş dövründən başlanılmışdır”, yaxuddaşla duz çıxarılması ənənəsi ibtidai insanlardan bizə qalan mirasdırkimi qənaətlərində tarixi faktların mifoloji-etnoqrafik materiallarla zənginləşdirilməsi üstünlük qazanmışdır. Qadir Qədirzadənin qənaətlərinə görə duzçıxarma həm regionda şəhərsalma ilə əlaqədar olan oturaq həyatın da göstəricisidir. Fikrimizcə, dini-tarixi mənbələrdəki Nuh peyğəmbərin əsasını qoyduğu Naxçıvan şəhəri ətrafında üzüm bağları salması əhvalatı da burada oturaq həyatın başlanmasını müəyyən edən faktlardandır. Bu amillər NaxçıvandaNuhdabanda oturaq həyata keçid haqqındakı təsəvvürləri formalaşdırır ki, bunlar da öz növbəsində burada ilkin şəhərinprotoşəhərin 5 min ildən çox yaşı olması qənaətinə gəlməyə imkan verir.

Vətəndaşlıq mövqeyi, millilik amili Qadir Qədirzadənin tədqiqatlarının özünəməxsusluğunu müəyyən edən başlıca xüsusiyyətlərdir. “Naxçıvan: Nuh babadan Türk Atadan gələn yolkitabında da həmin keyfiyyətlər ön mövqedə dayanır. KitabınHadisələr, baxışlar, tarixi həqiqətlərbölməsində təqdim olunan məsələlərdə elmiliklə vətəndaşlıq bir-birini tamamlayır. Qadir Qədirzadə  ingilis alimləri Devid Rol Devid Lenqin Naxçıvanla əlaqəli uydurma mülahizələrini ciddi elmi təhlilin süzgəcindən keçirərək yanlış olduğunu isbat etmişdir. Devid Lenqin 2004- ildə erməni katolikosu I Vazgenə ithaf etdiyiErmənistan: yaradıcı xalq (Qədim sivilizsiyanın sirləri)” adlı kitabındakı Böyük Ermınistan əraziləri uydurması Qadir Qədirzadə tərəfindən elmi şəkildə rədd edilmişdir. Bundan başqa, əsərdə Naxçıvan şəhərinin Kültəpə ərazisinin Ermənistanla heç bir əlaqəsi olmadığı əsaslandırılmışdır. Qadir Qədirzadə bununla yanaşıtarixin atasıhesab olunan Heredotun məşhurTarixkitabında Araz çayı barədəki mülahizələrə dair fərqli baxışlara aydınlıq gətirmişdir. Müəllif dərin araşdırmalar sayəsində Heredotdakı Araz çayının heç bəzi Avropa rus alimlərinin iddia etdikləri kimi Yasarat (Sır-Dərya) ya Oks (Amur-Dərya) olmadığını, bu çayınerməni çayı  adlandırılmasının əsassızlığını müəyyən etmişdir. Qadir Qədirzadənin massagetlər Azərbaycan haqqındakı mülahizələri obyektiv tarixi proseslərlə səsləşir. Eyni zamanda, Qadir Qədirzadə ermənilərin özlərinin soyköklərini Nuh peyğəmbərlə əlaqələndirmələrinisaxtakarlıqhesab edir.

O, çox doğru olaraq yazır ki, Nuh peyğəmbərbütün bəşəriyyətin atasıdır”. Tədqiqatçının problemin mənşəyini izah edərkən tarixlə yanaşı mifologiyaya, səmavi kitablara da istinad etməsi məsələyə geniş aydın baxışı formalaşdırır. Qadir Qədirzadə bu məsələnin aydınlaşdırılmasında da o qənaətdədir ki, “etnik-mədəni münasibətləri, etnogenetik əlaqələri müəyyənləşdirərkən etnosun keçdiyi həyat yoluna, onun tarixin ayrı-ayrı mərhələsindəki inamlarına (mifoloji düşüncəsinəİ.H.) ciddi fikir verilməlidir. Həm səmavi dinlərə qədərki inamlar (mifologiyaİ.H.), həm səmavi dinlərlə bağlı mədəniyyət məsələləri müqayisəli şəkildə aparılmalıdır”. Bütün bunlar isə tədqiqatçıdan universal biliklər komleks yanaşma bacarığı tələb edir. Qadir QədirzadəNaxçıvan: Nuh baba Türk atadan gələn yolkitabında sözün böyük mənasıda universal elmi düşüncəyə malik olan problemin həllinə bir neçə elm sahəsiningözü iləbaxmağı bacaran geniş dünyagörüşlü tədqiqatçı olduğunu nümayiş etdirir. Bu tip yanaşma kitabınMaddi mədəniyyətfəslində əhatə olunan problemlərin şərhi prosesində eyni səviyyədə nəzərə çarpır. “Naxçıvanda yarımköçəri maldarlıqməsələsinin araşdırılmasında özünün etiraf etdiyi kimiarxeoloji materiallara, tarixi mənbələrə, etnoqrafik məlumatlarasöykənməklə regionda oturaq həyatın başlanmasının sirləri açıqlanmışdır. Hətta müəllif milli mətbəximizin özünəməxsusluğunu zənginliyini tarixi materiallarla etnoqrafik materialların sintezi əsasında təqdim edir. Həm hansı məsələdən bəhs etməsindən asılı olmayaraq, Qadir Qədirzadə həmişə problemə ümummilli mövqedən yanaşmağı vacib şərt sayır. Bütün bunlara görə Qadir Qədirzadənin  tədqiqatlarının elmi baxışlarının cövhərində azərbaycançılıq məfkurəsi dayanır.
 
Naxçıvan: Nuh baba Türk atadan gələn yolkitabı onun elmi araşdırmaları ilə milli düşüncəsinin vətəndaşlıq mövqeyinin vəhdətindən yoğrulmuş əsər kimi mühüm əhəmiyyət kəsb edir. Bu qiymətli kitab, eyni zamanda, tarixə universal biliklər əsasında kompleks yanaşmanın özünəməxsusluğunu meydana qoyur. Bu isə nəticə etibarilə Qadir Qədirzadənin  fərqli baxışlara malik geniş dünyagörüşlü professional tədqiqatçı olduğunu nümayiş etdirir. “Naxçıvan: Nuh baba Türk atadan gələn yol  kitabı məhz geniş dünyagörüşlü tarixçinin yeni tipli əsəri kimi dəyərləndirilməyə layiqdir. Bütün bunların işığında AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin Naxçıvanda ilkin şəhərsalmanın beş min ildən çox yaşı olması haqqındakı mülahizələri qənaətləri komleks yanaşma ilə tarixin dərinliklərinə doğru getməyin həm zərurətini, həm əhəmiyyətini qabarıq şəkildə nəzərə çarpdırır. “Naxçıvan: Nuh baba Türk atadan gələn yolkitabı Azərbaycan tarixşünaslıq elmini yeni müddəalarla yanaşı, həm fərqli yanaşma ilə zənginləşdirən əhəmiyyətli əsərdir.

 





12.10.2012    çap et  çap et