525.Az

Bakıda keçirilən Avropa Liqasının finalına 13,3 milyon manat xərclənib


 

Bakıda keçirilən Avropa Liqasının finalına 13,3 milyon manat xərclənib<b style="color:red"></b>

UEFA Avropa Liqasının 2018/19 mövsümünün Bakıda keçirilən final oyununa xərclənən vəsaitin məbləği məlum olub.

Apasport.az saytının məlumatına görə, bu rəqəm AFFA-nın bu gün “Bulvar otel”də keçirilən növbəti Konfransında açıqlanıb.

Assosiasiya rəsmisi Xalid Cəfərov bildirib ki, ötən ilin mayında keçirilən “Çelsi” - “Arsenal” qarşılaşmasının təşkilinə 13 milyon 333 min 491 manat xərclənib.

Ümumilikdə, AFFA-nın 2019-cu ildəki ümumi gəlirləri 29 milyon 948 min 618 manat təşkil edib. Qurumun xərcləri isə 23 milyon 423 min 308 manat olub.

Qeyd edək ki, finalda “Çelsi” 4:1 hesabı ilə qalib gəlib.

 





28.01.2020    çap et  çap et