525.Az

Ülvi Mehdiyev: "Son 7 ildə hər vətəndaş ən azı 5 dəfə "ASAN Xidmət"ə müraciət edib"


 

Ülvi Mehdiyev: "Son 7 ildə hər vətəndaş ən azı 5 dəfə "ASAN Xidmət"ə müraciət edib"<b style="color:red"></b>

"2019-cu il ərzində “ASAN xidmət”ə 9 milyondan çox müraciət daxil olub".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “ASAN xidmət”ə fəaliyyət göstərdiyi 7 il ərzində 6 500 000-dən çox vətəndaş tərəfindən 35 410 334 müraciət daxil olub. Bu isə hər vətəndaşın ən azı 5 dəfə "ASAN Xidmət"ə müraciət etməsi deməkdir.

Agentlik sədri qeyd edib ki, gün ərzində 2390 nəfər "ASAN Xidmət"ə ilk dəfə müraciət edir. Ümumilikdə gün ərzində müraciət sayı 30871-dir.

Ü.Mehdiyev bildirib ki, müraciətlər ən çox şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı olur: "Bir gün ərzində "ASAN Xidmət"də 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir. Eyni zamanda bir gün ərzində "ASAN Xidmət"də 408 nikah qeydə alınır".

 





28.01.2020    çap et  çap et