525.Az

AMEA-da “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı olub


 

AMEA-da “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı olub<b style="color:red"></b>

Yanvarın 28-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı olub.

APA xəbər verir ki, tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri və Kadrlar şöbələrinin müdirləri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib ki, Prezidentin Fərmanına əsasən AMEA Təhsil Nazirliyi qarşısında elmi kadrlarla bağlı Milli informasiya sisteminin yaradılması ilə bağlı tapşırıqlar verilib. Bir neçə qurum bu işin konsepsiyasiya üzərində iş aparıb: "3 ay ərzində bir konsepsiya işlənildi. 2019-cu ilin martından oktyabrına qədər proqramlaşdırılma həyata keçirildi. Pilot layihə kimi həmin sistemin informasiya təminatı həyata keçirildi. Oktyabrın sonunda Rəyasət Heyəti qarşısında təqdim etdik. Hələ ki, bu sistem onlayn olaraq bizim insititutun saytındadır. Bu gündən AMEA-nın rəsmi saytında bir hissəsi yerləşdiriləcək. Sistemin kontingenti elmi kadrlardır".

Sistem barədə məlumat verən proqram təminatçısı Raqif İsmayılov qeyd edib ki, sistem 3 hissədən ibarətdir: "Elmi kadrların hər biri sistemə daxil olub qeydiyyatdan keçib şifrə əldə edir. Sonra özü haqqında məlumatları daxil edir. İkinci hissə elmi kadrların aid olduğu müəssisələrdir. Üçüncü hissə isə baş admin hissəsidir. Burada qeydiyyatdan keçmiş elmi kardrlara nəzarət olunacaq".

Qeyd edək ki, “Elmi kadrlar” Milli İnformasiya Sistemi ölkə Prezidentinin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attesatasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbrilər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılıb.

 

 





28.01.2020    çap et  çap et