525.Az

Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"


 

Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"<b style="color:red"></b>

"Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkədə aparılan islahatların davamıdır. Demokratik cəmiyyətlərdə islahatlar davamlı və təxirəsalınmaz şəkildə aparılır. Prezident İlham Əliyevin apardığı bu islahatlar Azərbaycanın beynəlxalq aləmə daim inteqrasiya etdiyini bir daha sübuta yetirdi".


Secki-2020.az saytının xəbərinə görə, bunu MDB Yəhudi Konqresinin sədri, xoşməramlı səfir, politoloq Aleksandr Şapiro Suliman bildirib.

O qeyd edib ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkədəki demokratiyanın inkişafından xəbər verir. Bundan başqa, qanunverici orqana seçkilərdə namizədlər arasında gənclərin üstünlük təşkil etməsi yeni parlamentin xalqın istəklərinə tam cavab verəcəyini göstərir. Cəmiyyət hər zaman yeniliklərin tətbiq olunmasını istəyir. Azərbaycanın Milli Məclisi böyük inkişaf yolu keçmiş qanunverici orqandır.

MDB Yəhudi Konqresinin sədri Prezident İlham Əliyevin dövlət və hökumət strukturlarında apardığı islahatların Azərbaycanın hüdudlarından kənarda da böyük rəğbətlə qarşılandığını bildirib. O deyib: “Sevindirici haldır ki, müxtəlif siyasi partiyalar seçkilərə fəal şəkildə qatılıb, öz namizədlərini irəli sürüb. İndiki mərhələdə namizədlər fəal təbliğat-təşviqat kampaniyalarını aparırlar”.

Politoloq qeyd edib ki, Azərbaycandan kənarda aparılan müşahidələr bu gün ölkədə azad, ədalətli, Seçki Məcəlləsinin tələblərinə uyğun seçkilərin keçirilməsi üçün imkanların yaradıldığını göstərir: “Hesab edirəm ki, seçki prosesi normal qaydada gedir və uğurla başa çatacaq”.

 





28.01.2020    çap et  çap et