525.Az

Azərbaycan Moskvada keçiriləcək "Prodekspo-2020" sərgisində iştirak edəcək


 

Azərbaycan Moskvada keçiriləcək "Prodekspo-2020" sərgisində iştirak edəcək<b style="color:red"></b>

Azərbaycan istehsalçıları Rusiyanın Moskva şəhərində keçiriləcək "Prodekspo-2020" beynəlxalq ərzaq sərgisində iştirak edəcək.

Bu barədə "APA-Economics"ə tədbir təşkilatçılarından biri deyib.

Məlumata görə, fevralın 10-14-də Rusiyanın paytaxtında keçiriləcək sərgidə ümumilikdə 70 ölkədən 2 500-dən çox şirkət iştirak edəcək. Azərbaycan da daxil olmaqla, 32 ölkə öz milli ekspozisiyalarını nümayiş etdirəcək.

Sərginin və tədbirin qala-gecəsinin rəsmi sponsoru qismində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) çıxış edir.

 





28.01.2020    çap et  çap et