525.Az

Azərbaycanda dərslik kitabları ləğv oluna bilər


 

Azərbaycanda dərslik kitabları ləğv oluna bilər <b style="color:red"></b> Azərbaycanda Təhsil İnkişafı üzrə Dövlət Strategiyasında 12 illik ümumtəhsilə keçidlə əlaqədar mövcud təhsil  proqramlarının (kurikulumların) yeniləşdirilməsi və kurikulumlarda  təhsil üzrə əsas kompetensiyaların nəzərə alınması öz əksini tapıb.
 
Lent.az-ın məlumatına görə, nazirlikdə keçirilən treninqdə İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, 12 illik təhsilə keçiddə tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili və təkmil mexanizmlərin yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu da ölkədə repetitorluğun aradan qaldırılmasına şərait yaradacaq: “12 illik təhsilin 10 ili təhsili icbari, sonrakı 2 ili isə tam orta təhsil formasıdır. Son 2 il əsasən təmayüllü olacaq və şagirdlər universitetə tam olaraq hazırlanacaqlar. Ümumilikdə 12 illik təhsil ölkə təhsilinin inkişafına daha çox müsbət keyfiyyətlər gətirəcək”.

Tədbirdə qeyd olunub ki, gələcəkdə şagirdlərin ağır dərsliklərin toplandığı çantaları gəzdirmək məcburiyyətində qalmayacaqlar: “Belə ki, yeni kurikulumlara müvafiq dərslik komplektlərinin, o cümlədən elektron dərsliklərin, dərs vəsaitlərinin və resursların hazırlanması nəzərdə tutulur. Buna əsasən də Azərbaycanda gələcəkdə dərsliklərin hər biri elektron formada planşetlərdə yerləşdiriləcək və bütün şagirdlər bu vəsaitlə təmin olunacaq. Elektron qaydada yüklənmiş planşetlərin verilməsi nəzərdə tutulur. Şagirdlər dərsliklərdən bilavasitə ağıllı lövhələrdə və planşetlərdə rahat şəkildə yararlana biləcəklər. Elektron dərsliklərdə əlavə linklər də yerləşdiriləcək. Belə ki, bu linklər dərsliklərdəki mövzunun şagirdlər tərəfindən daha yaxşı qavranılmasına xidmət edəcək”.
 





15.11.2013    çap et  çap et