525.Az

BANM akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib


 

BANM akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib.

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib. 

Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adına təsis edilən təqaüd Ali Məktəbdə keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub.

Təqaüdə BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi - 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi - 695 bal) layiq görülüblər.

Onların hər ikisi eyni zamanda, Prezident təqaüdçüləridirlər. Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki fəallıqlarına görə təqdim olunub.

 





29.01.2020    çap et  çap et