525.Az

Aqil Abbas Hacılar kəndində görüş keçirib - Fotolar


 

Aqil Abbas Hacılar kəndində görüş keçirib - <b style="color:red"> Fotolar</b>

Deputatlığa namizəd Aqil Abbasın seciləri ilə görüşləri davam edir.

Bu gün Ağcabədi rayonunun Hacılar kəndində kənd sakinləri ilə görüşən namizəd deputat olduğu müddətdə gördüyü işlərlə bağlı məlumat verib və növbəti dəfə secicilərinin ehtimadını qazanacağı təqdirdə görəcəyi işlər barədə planlarını açıqlayıb. Kənd sakinləri Hacılar kəndinin yollarının yenidən qurulması, infrastrukturun yaxşılaşdırılması yolunda görülən işlərə görə ölkə prezidentinə təşəkkürlərini bildirdilər. Daha sonra Aqil Abbas Hacılar kəndindəki uşaq baxçasında olub. Baxçada körpə uşaqlar üçün yaradılan şəraitlə tanış olub.

Aqil Abbas birinci sinifə getdiyi orta məktəbə də baş çəkdi. Müəllim kollektivi ilə görüşən deputatlığa namizəd, məktəbin tədris məsələləri ilə maraqlandı, uşaqlıq illərindən xatirələrini gənc müəllimlərlə bölüşdü. Hələ 60 -cı illərdən xatirə kimi qalan məktəb zənginin səsinə bir daha qulaq asdı.

 





29.01.2020    çap et  çap et