525.Az

MSK qərar qəbul edib


 

MSK qərar qəbul edib<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək üçün müraciət etmiş “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Rövsət Qasımov məlumat verib. R. Qasımov bildirib ki, təşkilat 118 dairə üzrə 1080 məntəqədə exit-poll keçirəcək: ”Təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib. 1080 müsahibəçi prosesə cəlb edilib. Onlar ehtiyatda 50 müsahibəçinin olması ilə bağlı da məlimat veriblər. Supervayzerlər də kifayət qədər məlumatlıdırlar. Ümumilikdə 1500 əməkdaş bu layihənin həyata keçirilməsində iştirak edəcək”.

MSK “Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.

MSK-nın iclasında  2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu (Fransanın Opinion Way) təşkilatı ilə “exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

 

 





29.01.2020    çap et  çap et