525.Az

İki yük maşını toqquşdu: ölən var


 

Yol bağlanıb, ərazidə böyük tıxac yaranıb

İki yük maşını toqquşdu: ölən var<b style="color:red"></b>

Bakı-Qazax yolunun 213-cü kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün saat 12.00 radələrində yolun Ucar rayonunun Nüsüslü kəndi ərazisindən keçən hissəsində betonla dolu olan 90 KA 148 dövlət nömrə nişanlı, “MAZ” markalı yük maşını mişar daşı ilə yüklü olan 02 BX 165 dövlət nömrə nişanlı, “MAZ” markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobil aşıb, sürücülərdən biri dünyasını dəyişib, digər sürücü və avtomobildə olan daha bir nəfər yaralanıb. Maşınlarda olan yüklər dağılaraq yolu bağlayıb. Bakı-Qazax yolunun 1 saatdan çoxdur bağlı olduğu, böyük tıxac yarandığı bildirilir.

Hadisə nəticəsində ölən sürücünün kimliyi bilinmir. Xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslərin isə 1986-cı il təvəllüdlü Müseyibov Mirsəməd Şakir oğlu və 1982-ci il təvəllüdlü Şirinov Teymur Şahbaz oğlu olduğu açıqlanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 





12.10.2012    çap et  çap et