525.Az

Hava dəyişkən buludlu olacaq


 

Hava dəyişkən buludlu olacaq<b style="color:red"></b> Bakı və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu, axşam tutqun olacağı gözlənilir. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
 
Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 





17.11.2013    çap et  çap et