525.Az

İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi


 

İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi<b style="color:red"></b>

İctimai Palatanın (İP) üzvləri Bakı şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, İP-in üzvləri Gülağa Aslanlı, Asif Quliyev və Azər Canıyev adından iddia ərizəsi 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə təqdim olunub. Yaxın günlərdə iddia əsasında məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, adları qeyd olunan şəxslər oktyabrın 13-də Bakıda mitinq yürüşün keçirilməsi üçün İP adından BŞİH-ə müraciət ediblər. Lakin BŞİH onlara Bayıl qəsəbəsində 20-ci sahədə mitinq keçirməyi məsləhət görüb. İddiada həmin qərarın əsassız hesab olunması, yürüş-mitinqin keçirilməsinə icazə verilməsi tələb olunub.

 





12.10.2012    çap et  çap et