525.Az

Mərdliyin profilləri- Con F.Kennedi


 

Mərdliyin profilləri- <b style="color:red">Con F.Kennedi</b>

İngiliscədən Telman Orucov tərcümə edib 

Ön söz

Mərdlik Prezident Kennedinin daha çox valeh olduğu bir ləyaqət idi. O, elə adamları axtarırdı ki, onlar hansısa yolla, istər bu döyüş cəbhəsində iştirak, ya da beysbol almazı olsun, nitq söyləməkdə və ya hansısa səbəbə görə vuruşda olsun, igidliyə malik olduqlarını nümayiş etdirirdilər, onlar hökmən ayağa qalxacaqdır, onlara arxa çevirmək mümkün olacaqdır.

Odur ki, bu kitab onun şəxsiyyətinə, inamlarına olduqca uyğundur. Bu elə adamların həyatının öyrənilməsidir ki, onlar özləri ilə, öz gələcəkləri ilə, hətta öz uşaqlarının maddi rifahı ilə risq etdilər, olduqca tez bir qaydada öz prinsiplərinin müdafiəsi üzərində dayandılar. Bu, onun öz həyatını modelləşdirdiyi ideala istiqamətlənmişdi. Və bu, başqalarına öz ürəyini vermək dövründə idi.

Endryü Ceksonun dediyi kimi, “Bir mərd adam çoxluğu əmələ gətirir”. Bu, Prezident Kennedinin başqalarına göstərdiyi təsir idi.

Prezident Kennedinin 1964-cü ilin martında qırx yeddi yaşı tamam olmalı idi. Onun yer üzərində keçirdiyi günlərin ən azı yarısı intensiv fiziki ağrılar günlərinə düşürdü. O, hələ çox gənc olanda skarlatina ilə xəstələnmişdi və artıq yaşlı olanda kürəyində ciddi ağrılar var idi. Arada o, demək olar ki, ağıla gələ bilən hər bir tibbi müalicə alırdı. Biz bir yerdə böyüyəndə Con Kennedinin sancan ağcaqanadın böyük risq etdiyini deyib gülürdük – onun azacıq qanı demək olar ki, ağcaqanadı hökmən öldürərdi. O, müharibədən sonra xeyli müddət Çelsi dəniz hospitalında müalicə olunmuşdu, 1955-ci ildə kürəyində böyük və çox ağrılı cərrahiyyə əməliyyatlarına məruz qalmışdı, 1958-ci ildə isə qoltuq ağacları ilə hərəkət etməyə məcbur olmuşdu. 1951-ci ildə dünya ətrafına səyahət vaxtı o, bir xəstə adama çevrildi. Biz Okinavadakı (Yaponiyada ABŞ hərbi bazası yerləşən ada- tərcüməçi) hərbi hospitala uçduq və onun hərarəti 106 dərəcədən (bu, Faringeyt şkalası üzrə idi. Selsi şkalasına görə 41,10 edir – tərcüməçi) yuxarı idi. Onlar xəstənin sağalacağına inanmırdılar.

Lakin bütün bu vaxt ərzində mən heç vaxt onun şikayətləndiyini eşitməmişdim. Mən heç vaxt eşitməmişdim ki, o, özünü necə hiss etməsi barədə nəsə desin. Allah ona qarşı ədalətsiz iş görmüşdü. Onu tanıyanlar yalnız sifətinin bir az daha solğun olduğuna görə onun əzab çəkdiyindən hali olurdular. Onun gözləri ətrafındakı xəttlər bir qədər dərin idi, sözləri isə bir qədər kəskin olurdu. Onu tanımayanlar heç nəyi lazımınca ayırd edə bilmirdilər. O, öz problemləri barədə şikayət etmirdi, ona görə də mən öz vəziyyətim barədə şikayətlənmək istəyəndə – bunu o, həmişə hiss edirdi.

O, xəstəliyə qarşı mübarizə aparanda, müharibədə vuruşanda, Senata seçilməyə başlayanda, Massaçusetsdə Müqəddəs Lourens dəmir yoluna görə qüdrətli adamların mənafeyinə qarşı duranda, 1959-cu il Əmək İslahatı Aktı uğrunda mübarizə aparanda, 1960-cı ildə Qərbi Virciniya praymerizinə (partiya daxili ilkin seçkilərə – tərcüməçi) daxil olanda, Los-Ancelesdə Demokratik partiyanın qurultayında heç bir hücuma yol vermədən Lindon Consonla debat aparanda, Donuzlar körfəzindəki uğursuzluğa görə (1961-ci ildə Kubaya müdaxilənin biabırçı surətdə baş tutmaması – tərcüməçi), polad şirkətləri ilə mübarizə aparanda, 1961-ci ildə Berlində (Qərbi Berlində – tərcüməçi) xalq qarşısına çıxanda, 1962-ci ildə yenidən həmin şəhərin azad olmasını tələb edəndə, Sovet raketlərini Kubadan geri qaytarmağa məcbur edəndə, bütün vətəndaşlar üçün bərabər hüquqlar barədə danışanda, mübarizə aparanda və yüzlərlə digər böyük ya kiçik işlərdə o, bəşər məxluqunun necə ən yaxşı olduğunu ifadə edirdi.

O, inamını, mərdliyini, köməyə ehtiyacı olanlara yardım etmək istəyini, həm də öz ölkəsinə həqiqi və əsl məhəbbət nümayiş etdirmişdi.

Onun cəhdləri hesabına əqli cəhətdən geridə qalanlar və əqli xəstələr daha yaxşı şansa malik olacaqdılar, gənc adam təhsil almaq üçün daha böyük imkana malik olacaq, ləyaqətlə və özünə hörmət bəsləmək şəraitində yaşayacaqdı, buna görə xəstələr sağalmalı, dünya isə sülh şəraitində yaşamalıdır.

Prezident Kennedi Ağ Evdə üç min gün əvəzinə yalnız min gün oldu, həm də o qədər çox sayda işlər görə bildi. Bu qədər çox işin görülməsinə hələ indiyədək ehtiyac vardır.

Bu kitab öz dövründə nə etmək lazım olduğunu bilən və onu həyata keçirən adamların əhvalatlarından danışır. Prezident Kennedi Dantenin “Cəhənnəmin ən isti guşələrində o adamlara yer saxlanmışdır ki, onlar böyük mənəvi böhran dövründə öz neytrallığını qoruyub saxlayırlar” sözlərini sitat gətirməyi sevirdi.

Con Kennedinin bu kitabda təsvir etdiyi adamların həyatından dərs almaq mümkündürsə, əgər bu, onların həyatından və ömründən gələn dərs idisə, bu o, deməkdir ki, bizdən heç kəs bu dünyada özünə seyrçi rolunu götürə bilməz, tənqid heç də kənarda dayanmamalıdır.

Tomas Karleyl yazırdı: “Bizim arzuladığımız və qiymətləndirdiyimiz igidlik, heç də ləyaqətli ölmək igidliyi deyildir, ancaq insan kimi yaşamaqdır”.

Ölümündən bir gün əvvəlki səhərdə Prezident Kennedi keçmiş Vitse-Prezident Con Nensi Qarnerə ehtiramını bildirmək üçün onu öz yanına dəvət etmişdi. Mister Qarnerin doxsan beş yaşı tamam olan ad günü idi. Mister Qarner ilk dəfə Vaşinqtona gələndə ümumi federal büdcə 500 milyon dollardan az idi. Prezident Kennedi isə 100 milyard dollardan bir qədər az olan büdcənin icra edilməsinə başçılıq edirdi.

Prezident Kennedi öldürüləndə onun nənəsi Bostonda yaşayırdı. Prezident Linkoln güllə atəşi ilə vurulan ildə də bu qadın sağ idi.

Biz gənc ölkəyik. Bu planetin bizi saxlamağa qadir olduğunu aydınlaşdıranadək, biz böyüyür və genişlənirik. Biz elə problemlərə malikik ki, indi əlli yaşında olan adam, hətta on il bundan əvvəl onlarla üzləşməyi heç xəyalına da gətirə bilməzdi.

Bizim hamımızın enerjisi və istedadı, çağırışları – şəhərlərimizin, fermalarımızın, özümüzün daxili çağırışlarımızı, – qarşılamağa ehtiyac duyur ki, bütün yer kürəsində azadlıq uğrunda mübarizədə, savadsızlığa, aclığa və xəstəliyə qarşı döyüşlərdə uğurlu olaq. Əylənmələr, özündən razılıq qabiliyyətsizliyi bizə pis xidmət göstərəcəkdir.

Prezidentin sevimli müəllimlərindən biri olan Lord Tvidsmuir öz tərcümeyi-halında yazırdı: “İctimai həyat karyeranın tacıdır və gənc adamlar üçün bu, ləyaqət ambitsiyasıdır. Siyasət hələ də ən böyük və daha şərəfli macəradır”.

Çox yerdə dəbdə olan o idi ki, siyasətçilərə, hökumətdə olanlara yuxarıdan aşağı baxılsın. Mən güman edirəm ki, Prezident Kennedi bunu dəyişdi və hökumətin ictimai konsepsiyasını başqalaşdırdı.  O, yəqin ki, bunu siyasətdə iştirak edən adamlar üçün edirdi. Lakin həm də biz bunu siyasət barədə, qərarların qəbul edildiyi hökumət meydanı barədə hiss edirik. Bu qərarlar təkcə bizim hamımızın taleyinə deyil, həm də bizim doğulmuş və hələ doğulmamış uşaqların gələcəyinə təsir göstərəcəkdir.

Kuba Raket Böhranının son ilində biz müharibənin, bir-biri ilə nüvə bombardmanları mübadiləsinin mümkünlüyünü müzakirə edirdik və bu vaxt həlak olacaq adamlar barədə danışırdıq – həmin vaxt axırıncı olduqca əhəmiyyətsiz, demək olar ki, boş bir şey kimi görünürdü. Onu bir məsələ real olaraq qayğılandırır, həqiqətən belə məna kəsb edirdi və həmin vaxt daha qorxulu idi ki, əks halda bizim ölkənin və dünyanın uşaqlarının ölümü spektri – qarşıdurmada iştirakı olmayan və heç nə bilməyən gənc insanların həyatı başqaları kimi şam üzərindəki hisə çevrilə bilər – meydana gələcəkdir. Onlara heç vaxt qərar vermək, seçkilərdə səs vermək, vəzifə tutmaq, inqilab etmək, öz talelərini müəyyən etmək şansı verilməyəcəkdir.

Biz, bizim nəsil buna malik idi. Və biz səhvə yol versək, özü də təkcə özümüzə, öz gələcəyimizə, öz evlərimizə, öz ölkəmizə görə deyil, heç vaxt hansısa bir rol oynamaq, “hə” ya “yox” seçimi etmək; özünü hiss etdiyi kimi etmək imkanı verilməyənlərin həyatları, gələcəkləri, evləri və ölkələri barədə səhv etmiş olsaydıq, bu, böyük faciə olardı.

Bonar Lou demişdir: “Burada labüd müharibə üçün elə bir şey yoxdur. Əgər müharibə başlansa, bu, bəşər müdrikliyinin çatışmamasından irəli gələcəkdir”.

Bu həqiqətdir. Bəşər müdrikliyinə təkcə bir tərəfdən deyil, bütün tərəflərdən ehtiyac duyulur. Mən bunu əlavə edə bilərəm ki, əgər Amerikan Prezidenti və həmçinin Baş nazir Xruşşov tərəfindən müdriklik nümayiş etdirilməsəydi, onda bizim bildiyimiz kimi, dünya dağıla bilərdi. Lakin sonralar gələcək Kubalar da ola bilər. Gələcək böhranlar da ola bilər. Biz aclıq, laqeydlik, yoxsulluq və əzilənlər problemlərinə malikik. Onlar daha çox kömək almalıdırlar. 1962-ci ilin oktyabrında artıq qərar tapılmalı olanda, indiyədək üzləşdiyimiz digər problemlərin də cavabı hökmən tapılmalıdır. Beləliklə, həmin müdrikliyə indiyədək ehtiyac duyulur.

Con Kvinsi Adams, Deniel Uebster, Sem Hyuston, Tomas Hart Benton, Edmund T.Ross, Lutsius Kvintus Tsintsinnatus Lamar, Corc Norris və Robert Taft bizi öz irsləri ilə mükafatlandırmışlar. Onlar gəldilər, öz əlamətlərini bizə miras qoydular və bu ölkə artıq o adamların yaşadıqları həmin ölkə deyildir, onların bizim üçün etdikləri işlər çox yaxşı olmalarına görə əzizlənir, qidalanır və bəyənilir, çünki onlar ölkənin və bizim hamımızın nəfinə bu qədər çox şeylər etmişlər.

Və bu, həmçinin Con F.Kennedi üçün də belə idi. Digərlərinə belə bənzər qaydada, onun həyatı da böyük əhəmiyyətə malik idi, o, sağ olan vaxt ölkə üçün hansısa bir məna kəsb edirdi, ən əhəmiyyətlisi isə o idi ki, onun qoyub getdikləri, onun başladıqları işlərlə indi biz necə davranırıq. Bu belə bir inam idi ki, Platonun dediyi kimi, demokratiyada vətəndaşlıq definitsiyası hökumətdə iştirak etməkdir və Frensis Bekonun yazdığı kimi, buna “müşahidəçi olmaq vəzifəsi yalnız Allaha və mələklərə qoyulub gedilmişdir”. Bu belə bir inamdır ki, demokratiya öz xalqının səyi ilə öz problemləri ilə üzləşməlidir və üzləşə bilər, səbirlilik, təmkinlilik, ehtiras, həmçinin həlli nadir hallarda asan tapılan qərarlar üçün mübarizədə müdriklik, qüvvə və igidlik göstərməlidir.

Bu onun inamı idi ki, biz uğurla hərəkət etməliyik, çünki amerikanların indiki nəslinin mövcud olduğu bu torpaqda bizdən əvvəl həmin adamların igidliyi baş vermişdir.

“Biz bu gün həmin birinci inqilabın varisləri olduğumuzu unutmağa cürət etməməliyik. Qoy dünya zaman və məkanda, dost üçün də, düşmən üçün də eyni qaydada irəli getsin, həmin məşəl amerikanların yeni nəslinin – bu əsrdə doğulanlara, müharibə tərəfindən mülayimləşənlərin, çətin və acı sülhlə intizama gətirilənlərin, bizim qədim irsdən iftixar duyanların – və həmin insan haqlarını yavaş-yavaş pozanlara və ya ona icazə verənlərə şahidlik etməyə meyli olmayanların əlinə keçsin, – buna millət daim məruz qalmışdır və buna bu gün biz vətəndə və dünyanın hər yerində məruz qalırıq”.

Bu kitab təkcə keçmişin əhvalatlarının təsviri deyildir, lakin həm də ümid və gələcəyə inam kitabıdır. Ölkənin, dünyanın başına nə gələcəkdir, bu, hökmən başqalarının bizə qoyub getdikləri ilə nə etdiyimizdən asılı olacaqdır.

Robert F.Kennedi

18 dekabr 1963-cü il

 





18.11.2013    çap et  çap et