525.Az

"Neftçi" xal itirdi, "Zirə" 4-cü pilləyə yüksəldi


 

"Neftçi" xal itirdi, "Zirə" 4-cü pilləyə yüksəldi<b style="color:red"></b>

Bu gün Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ikinci yarısına - üçüncü dövrəyə start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Zirə" doğma meydanda "Sabah"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Zaur Həşimovun komandası 4-cü pilləyə yüksəlib.
 
Günün son oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər iki görüşü sabah oynanılacaq.

1 fevral (şənbə)


17:30. “Neftçi” – “Sumqayıt” - 1:1
Qollar: Rəhim Sadıxov, 43 (0:1), Baqali Dabo, 71 (1:1)
Qırmızı vərəqə: Voyislav Stankoviç, 41 ("Neftçi")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
“Bakcell Arena”


15:00. “Zirə” – “Sabah” - 2:0
Qollar: Ağabala Ramazanov, 45+2, Riçard Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

 





01.02.2020    çap et  çap et