525.Az

Azərbaycan gəncləri öz bayramlarını təntənəli şəkildə qeyd ediblər


 

Azərbaycan gəncləri öz bayramlarını təntənəli şəkildə qeyd ediblər<b style="color:red"></b>

Fevralın 2-si gənclərə böyük diqqət və qayğı göstərən, gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olan əlamətdar tarixdir.
 
Ulu öndər Heydər Əliyevin imzaladığı 1 fevral 1997-ci il tarixli Fərmana müvafiq olaraq fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 2-də “Baku Crystal Hall”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən möhtəşəm Gənclər Festivalında səsləndirilib. Tədbirdə ölkəmizin Gənclər və İdman naziri Azad Rəhimov iştirak edib.

Qonaqlar üçün kosmozona (robottexnika, elmi şou, transformerlərin çıxışı), oyun avtomatları zonası, kospley və güzgülü şou üçün stendlər, kvest-rum, qraffiti güşəsi, virtual reallıq zonası və s. əyləncələr yaradılmışdı.

Estrada ulduzlarının iştirakı ilə təşkil olunan konsert isə festivalın kulminasiya nöqtəsi oldu. Həmin gün tədbirin qonağı qismində iştirak edən tanınmış idmançılar da Azərbaycan gənclərinə bayram münasibətilə təbriklərini çatdırdılar.

 





02.02.2020    çap et  çap et