525.Az

Deputatliğa namizəd Möhsüm Aslanov Qarabağ qaziləri ilə görüşüb


 

Deputatliğa namizəd Möhsüm Aslanov Qarabağ qaziləri ilə görüşüb<b style="color:red"></b>

Deputatliğa namizəd Möhsüm Aslanov Qarabağ qaziləri ilə görüşüb.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizəd Möhsüm Aslanovun seçki qərargahında Göygöl sakini olan I Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib. Qaziləri salmalayan Möhsüm Aslanov öz seçki platforması haqda məlumat verib. Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin son zamanlar start verdiyi islahatlar və çağırışlara cavab olaraq bu yola çıxıb. Sonra dövlətimizin Qarabağ həqiqətləri ilə bağlı apardığı beynəlxalq siyasət haqda fikirlərini bölüşüb.

Dövlət başçısının müharibə əlilləri və iştirakçılarına, şəhid ailələrinə göstərdiyi qayğıdan söhbət açıb. I Qarabağ müharibəsi qazisi İmran Qurbanov Möhsüm Aslanovu yaxından tandığını bildirib, onun dövləti, xalqı üçün gördüyü işlərdən danışıb. Döyüşlərdə ağır yaralanaraq 30 ildir dünya işığına həsrət qalmış qazi Elşən Dursunov deyib: “Mən iki gözümü Vətən yolunda qurban verdim. Elə indi də canımı verməyə hazıram. Amma sizdən xahişim və tələbim budur ki, seçilsəniz, xalqın etimadını doğruldun, ona biganə qalmayın”.

Aprel döyüşləri qazisi Azəddin Museyibovun atası, qazi Azay Museyibov dövlətimiz tərəfindən müharibə iştirakçılarına olan diqqəti vurğulayaraq bildirib ki, prezident İlham Əliyevin xalqımız üçün yaratdığı bu seçki fürsətini ciddi şəkildə dəyərləndirmək lıazımdır: “Ən layiqli övladlarımızın parlamentdə təmsil olunması üçün indi məsuliyyət biz seçicilərin üzərinə düşür. Hamınızı layiqli övladlarımıza səs verməyə çağırıram və mənim fovaritim Möhsüm Aslanovdur”.

Qazi Arif Rəhimov da deputatlığa namizədə qələbə arzulayaraq söyləyib ki, elimizin, obamızın tanıdığı, fəaliyyətini izlədiyi Möhsüm Aslanov bizim təmsilçimiz olarsa, səsimiz daha yaxşı eşidilər. Digər çıxış edənlər də deputatlığa namizədə uğurlar arzulayaraq, bu seçkilərin xalqımıza, dövlətimizə xeyirli olmasını diləyiblər.
Tədbirin axırında I Qarabağ Müharibəsi qaziləri Göygöl və Daşkəsən sakinlərini seşkidə fəal olmağa və haqlarına sahib çıxmağa çağırıblar.

 





03.02.2020    çap et  çap et