525.Az

Koronavirusdan ölənlərin sayı 521-ə çatıb


 

Koronavirusdan ölənlərin sayı 521-ə çatıb<b style="color:red"></b>

Çində koronavirusdan ölənlərin sayı artıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu bu ölkənin İstanbuldakı baş konsulu Suy Vey deyib.

Onun sözlərinə görə, epidemiyadan ölənlərin sayı 521-ə çatıb, 17 335 nəfərdə isə koronavirus şübhəsi var.

Baş konsul 21 558 nəfərin xəstəxanalardan evə buraxıldığını vurğulayıb.

Xatırladaq ki, fevralın 3-ü saat 04:00-dək koronavirusdan ölənlərin sayı 361, yoluxanların sayı isə 17 205 nəfər idi.

 





03.02.2020    çap et  çap et