525.Az

“Hyundai” Koreyadakı istehsalını dayandıracaq


 

“Hyundai” Koreyadakı istehsalını dayandıracaq<b style="color:red"></b>

“Hyundai” şirkəti koronavirusun təsiri nəticəsində Çindən ehtiyat hissələrinin gətirilməməsi ilə əlaqədar Koreya Respublikasındakı istehsalını dayandıracaq.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, “Genesis” modelinin istehsal edildiyi Ulsandakı 5 nömrəli zavodda istehsal dayandırılıb. Digər zavodlarda da istehsalın dayandırılması mərhələli həyata keçiriləcək. Fevralın 7-dək bütün zavodlarda istehsal dayandırılacaq.

Jeonju zavodu istehsalını fevralın 6-da, Asan zavodu isə fevralın 7-də dayandıracaq. İstehsalın dayandırılması fevralın 10-11-dək davam edə bilər.

 





04.02.2020    çap et  çap et