525.Az

“Hirkan milli parkı” marka seriyası çap olunub


 

“Hirkan milli parkı” marka seriyası çap olunub<b style="color:red"></b> Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti  “Hirkan milli parkı” marka seriyasını təqdim edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, təqdim olunan 2 seriyanın hər birində 4 marka təsvir olunub. Birinci seriyada yer alan,  “İri ağacdələn” şəklinin təsvir olunduğu markanın nominal dəyəri 20 qəpik, “Qara leylək” 30 qəpik, “Qıvrımlələk qutan”  50 qəpik, “Mərmər cücə” markası isə 60 qəpik təşkil edir.  İkinci seriyadakı “Xallı maral” təsvirinin yer aldığı markanın  nominal dəyəri 20, “Cüyür” 30, “Adi vaşaq” 50, “Daş dələsi” markası isə 60 qəpiyə bərabərdir.
 
Markaların üzərində adlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də qeyd olunub.

 





18.11.2013    çap et  çap et