525.Az

Təyyarədə qorxu filmi həyəcanı yaşanıb


 

Təyyarədə qorxu filmi həyəcanı yaşanıb<b style="color:red"></b>

Budapeştdən Edinburqa uçan reysin sərnişinləri qorxu filmindəki rolları məcburən real həyatda oynamalı olublar.

AZƏRTAC xəbər verir ki, təyyarə göyə qalxandan təqribən bir saat sonra sərnişinlər bir-birinin ardınca bayılmağa başlayıblar. Ehtimala görə, buna təyyarənin içində oksigen çatışmazlığı səbəb olub. Heyət üzvləri sərnişinlərə kömək etmək üçün onlara oksigen maskaları paylayıblar. Təyyarədə panika başlayıb. Azı 8 adam huşunu itirib. Təyyarə yerə enəndən sonra sərnişinlər yaşadıqları bu dəhşəti “cəhənnəmdən qaçış” adlandırıblar. Sərnişinlərin bir hissəsi “Ryanair“ aviadaşıyıcısından rəsmi şikayət etməyə hazırlaşır.

 





04.02.2020    çap et  çap et