525.Az

GəncMİİB “Gəlin mühəndis olaq! Let’s be an engineer!” layihəsinə start verdi


 

GəncMİİB “Gəlin mühəndis olaq! Let’s be an engineer!” layihəsinə start verdi<b style="color:red"></b>

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun III Qrant müsabiqəsinin qalibi olan “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin (GəncMİİB) təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Gəlin mühəndis olaq! Let’s be an engineer!” adlı layihəyə start verilib.

Bu münasibətlə Şəki şəhərində Shaki Palace Otelində və Şirvan şəhərindəki 18 saylı orta məktəbdə tədbirlər keçirilib.

GəncMİİB-in sədri, baş katibi, idarə heyəti və digər təşkilatçıların rəsmilərinin iştirakı ilə keçən tədbirin təqdimat hissəsində regionun müxtəlif məktəblərindən gəlmiş 9-cu,10-cu və 11-ci sinif şagirdlərə Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondu, digər təşkilatçılar və GəncMİİB haqqında informasiya verilib. Daha sonra iştirakçılar təqdim edilmiş 50 sualdan ibarət olan “İxtisas seçim testi” və nəticələri haqqında məlumatlandırılıblar. Mövcud xüsusda Azərbaycanda mühəndisliyin vəziyyəti və perspektivləri barəsində danışılıb, video görüntülər vasitəsilə şagirdlərin mühəndislik haqqında olan bilgiləri genişləndirilib, sahəyə maraq yaradan maarifləndirici və praktik təşkilati işlər görülüb.
Qeyd edək ki, “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi mühəndislərin və mühəndislik qurumlarının peşəkar və ictimai fəaliyyətlərinə dəstək verən, sosial məsuliyyətli, ətraf mühitin qorunmasına qarşı həssas mühəndislərın maarifləndirilməsini həyata keçirən, mühəndislik qurumları arasında əlaqələndirici funksiyanı görən bir ictimai birlikdir. Təşkilat 2008-ci ildə Azərbaycan Respublikasında gənc mühəndislərin peşəkar inkişafına və maarifləndirilməsinə dəstək verməsi məqsədilə qurulub.

“Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin sözügedən layihəsi çərçivəsində respublikamızın 5 regional mərkəzində (Gəncə, Şəki, Şirvan, Lənkəran və Quba)  orta təhsil müəssisələrinin 9, 10 və 11-ci siniflərində təhsil alan istedadlı şagirdlərin iştirakı ilə bir günlük tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər həftə sonu keçirilməklə, hər bölgədəki tədbirdə ümumilikdə 45 nəfər məktəblinin  iştirakı  nəzərdə tutulur. Gənclərin intellektual qabiliyyətlərinin ortaya çıxarılması məqsədilə  kiçik sosial-psixoloji sınaqların keçirilməsi və təcrübəli mühəndislərin iştirakı ilə mühəndisliyin təbliği mövzusunda seminarların təşkili planlaşdırılır.

 





18.11.2013    çap et  çap et