525.Az

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılmayacaq


 

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılmayacaq<b style="color:red"></b>

Təhsil Nazirliyindən uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı nazirlik tərəfindən hər hansı bir təklif irəli sürülməsi ilə bağlı yaranan suallara aydınlıq gətirib.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən təklif irəli sürülməyib. Hazırda əsas hədəflərdən biri məktəbəqədər müəssisələrdə çalışan pedaqoji kadrların uşaqlarla iş sahəsində səriştəlilik və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir.

 Qeyd edək ki, tİlham Əliyevin 2011-ci il dekabrın 27-də verdiyi sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

 





19.11.2013    çap et  çap et