525.Az

Binəqədidə gənclər yeni təşəbbüsə başlayır


 

Binəqədidə gənclər yeni təşəbbüsə başlayır<b style="color:red"></b> UNICEF Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun tərəfdaşlığı ilə "Azərbaycan hökuməti və BMT-nin gənclər üçün birgə xidmətlər təşəbbüsü" proqramını həyata keçirir.

Proqramın məqsədi Gənclər evləri, İnkişaf və Karyera mərkəzlərinin fəaliyyətni gücləndirmək, habelə gənclərə təklif olunan xidmətlərin çeşid və keyfiyyətini yüksəltməkdir.

Proqramın fəaliyyət istiqamətlərindən biri kimi təhsil sahəsində Education HUB tərəfindən icra olunan "Yarat... İnkişaf Et... Töhfə Ver..." layihəsinin təlimləri Binəqədi Gənclər evində davam etdirilib. Layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Təlimlər zamanı 25 nəfər gənc layihələrin idarə olunması üzrə yeni biliklər əldə edib, fərqli incəsənət vasitələrindən istifadə etməklə ekologiya, gənclərin düzgün ixtisas seçimi, anti bullinq, milli dəyərlərin müasir üslubda təbliğ olunması və s. mövzularda sosial layihələr hazırlayıblar. Mart ayından etibarən gənclər mentorların dəstəyi ilə layihələrin icrasına başlayacaqlar.






 





07.02.2020    çap et  çap et