525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

 Bakı və Abşeron yarımadasında noyabrın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 7-9, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

 





19.11.2013    çap et  çap et