525.Az

Bu gün Nobel sülh mükafatının laueratı məlum olacaq


 

Bu gün Nobel sülh mükafatının laueratı məlum olacaq<b style="color:red"></b>

Bu il nüfuzlu mükafata 231 namizəd iddia edir, namizədlər arasında MDB siyasətçiləri də var.

525.az-ın ANS Press-ə istinadən verdiyi məlumata görə bu gün Osloda Norveç Sülh İnstitutunun binasında 2012-ci ilin Nobel sülh mükafatının laureatının adı açıqlanacaq.

Alfred Nobelin vəsiyyəti ilə verilən mükafat İsveçin yox, Noveçin paytaxtında təqdim edilir. Adətən, bu mükafatın verilməsi daha böyük ictimai marağa səbəb olur. Çünki laureatlar təkcə alim və ədəbiyyatşünasların dar dairəsini əhatə etmir. Mükafata iddia edən şəxslərin iştirak etdiyi siyasi hadisələr və sosial proseslər heç də həmişə birmənalı qiymətləndirilmir. Odur ki, Norves Nobel Komitəsinin bugünkü seçimi də gərgin mübahisələrə səbəb ola bilər.

Sülh mükafatına namizədlərin siyahısı heç vaxt əvvəlcədən açıqlanmır. Qaydalara görə, o, 50 ildən tez dərc edilə bilməz. Hələlik yalnız o məlumdur ki, nüfuzlu mükafata 231 (o cümlədən, 43 təşkilat) iddia edir. Bu, ötən ilkindən 10 namizəd azdır. Yeri gəlmişkən, 2011-ci ildə namizədlərin sayı rekord həddə olub.

Qalmaqallı “Vikiliks” təşkilatının yaradıcısı Culian Assancın bu il də mükafata namizəd olduğu ehtimal edilir. Onunla əməkdaşlıq edən ABŞ ordusunun sıravisi, məxfi məlumatları açıqladığına görə ölkəsində ölüm cəzası gözləyən Bredli Menninq də islandiyalı deputatların təşəbbüsü ilə mükafata namizəd irəli sürülüb.

Ekspertlər əsas favoritlərdən biri kimi amerikalı Cin Şarpın adını çəkirlər. Zorakı mübarizənin nəzəriyyəsi və praktikasıa həsr olunmuş bir sıra kitabların müəllifi olan politoloq “ərəb inqilabları”nın ideya müəllifi sayılır. Oslodakı Sülh Araşdırmaları İnstitutunun direktoru Kristian Berq Harvikenin hazırladığı builki mükafata ən real namizədlərin siyahısına məhz Cin Şarp başçılıq edir.
 
Onun siyahısında Rusiyanın “Memorial” hüquq müdafiəsi mərkəzi və onun yaradıcılarından biri Svetlana Qannuşkina ikinci yerdədir. Üçüncü yer də rusiyalı namizədlərdədir - “Exo Moskvı” radiostansiyası və onun baş redaktoru Aleksey Venediktov. Berq Harvikennin fikrincə, mükafat Nigeriya müsəlmanlarının lideri Məhəmməd Səad Abubakar və bu ölkə paytaxtının arxiyepiskopu Con Naiekan arasında bölünə bilər. İnstitut direktorunun siyahısında ilk beşlikdə Myanma prezidenti Teyn Seyn də var.

Ukraynadakı “Yuliya Timoşenko Bloku”nun üzvləri bildiriblər ki, onlar keçmiş baş nazir Yuliya Timoşenkonun da namizədliyini irəli sürüblər. MDB-dən olan nominantlar arasında Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva və Qazaxıstan prezidenti Nursultan Nazarbayev də var.

Qeyd edək ki, Nobel sülh mükafatının sahibi bu gün Bakı vaxtı ilə saat 14.00-da elan ediləcək.

 





12.10.2012    çap et  çap et