525.Az

Millimiz Qırğızıstanla bacarmadı


 

Millimiz Qırğızıstanla bacarmadı<b style="color:red"></b> Bu gün futbol üzrə milli komandamız növbəti oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası yoldaşlıq oyunu çərçivəsində Qırğızıstan  millisi ilə üz-üzə gəlib. 

Bu qarşılaşma komandamızın 2013-cü ildə son oyunu olub. Yığma komandamız indiyədək Qırğızıstanla bir dəfə - 2007-ci ildə qarşılaşıb. Beynəlxalq turnir çərçivəsində baş tutan oyun millimizin mimimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
 
Noyabrın 15-də Estoniya millisinə məğlub olan (1:2) komandamız bu dəfə qələbə qazanaraq ili yaxşı əhval-ruhiyyədə başa vurmağa çalışacaqdı. Lakin Berti Foqtsun komandası Qırğızıstanın müqavimətini qıra biməyib. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.


19 noyabr

Yoldaşlıq oyunu

13:00. Qırğızıstan - Azərbaycan - 0:0 
Hakimlər: Artyom Kuçin, Sergey Vassyutim, Serik Jappasbayev (Qazaxıstan)
 





19.11.2013    çap et  çap et