525.Az

İsgəndər Muzbeqin (Kosovo) şeirləri


 

İsgəndər Muzbeqin (Kosovo) <b style="color:red">şeirləri</b>

İsgəndər Muzbeq 19 dekabr 1947-ci ildə Kosovonun Prizren şəhərində anadan olub. 1974-cü ildə Priştine Universitetinin Hüquq fakültəsini bitirib. 1969-cu ildən Priştinedə çıxan "Tan" qəzetində əmək fəaliyyətinə başlayıb, daha sonra Prizren şəhər bələdiyyəsində çalışıb. İlk şeirləri hələ orta məktəbdə oxuyarkən Makedoniyanın paytaxtı Skopye şəhərində çap olunan "Sevinc" dərgisində yayımlanıb. Çağdaş Kosovo türk ədəbiyyatını beynəlxalq poeziya festivallarında layiqincə təmsil edib. Hazırda o, Prizrendəki   "Doğru Yol" incəsənət mərkəzində çalışır.

 

YALNIZLIQ

 

Gözlərdə bir az kədər

Bir az yalnızlıq

və keçən ilin sarı mövsümündən

bir xatirə

içində bir az istək

bir az ümid

və gəlmədi gəlməyəcək kimi

ürəklər daş bağlamış

o ağaç hələ çiçək açmadı

daşa dəydi damarlar

Hələ çox üzüləcək bu ağacın sahibi

Çox-çox erkən dönür daş dövrü

daş dövrü bir son kimidir

ölüm örnəyi kimi

solan günəbaxan çiçəklərinin ardından görünür.

 

QORXU

 

Bu gün sizi savaşa çağırıram

Bəxtəvərlik savaşına

Qəsdən

Əngəlləri aşmalıyıq bərabər

Türkü ilə başlamalıyıq səfərə

şam ormanlarını qaça-qaça keçməliyik

Bələyimizdə biçilsin buğdalar

Düyü tarlaları sulansın günün günorta çağı,

Sizi bəxtəvərlik savaşına çağırıram.

mağaralardan uzaq mağaralar

Çağırır bizi yüzlərcə Ana Vətən

Yanında tək vətən

Mağaralara dönməmək üçün

Bəxtəvərlik savaşına çağırıram sizi.

Günün günorta çağı.

 

DAŞ ÜRƏKLİ

 

daş ürəkli bir adam var

dünyanın dönməsi ona bağlıdır.

onsuz nə sular axar, nə Günəş çıxar.

onsuz duzsuz olur yeməklərimiz

daş ürəkli bir adam var qarışqa

çalışmaq üçün ondan izn alar

kosmosa gedib-gəlmək üçün

onsuz dadsız olur içdiklərimiz

o adam hər şeyi biləndir

söyləsən söz dinləməz

div aynasında

görür özünü

daş ürəkli olduğunu bilməz.

 

XİROSİMAYA VURUR DƏNİZ

 

Şərqdən illərdir gəlir səsi

türkünün

ağlaşmanın

Xirosimaya vurur dəniz.

qaça bilirmi kişi topraqdan başqa yerə

ağaclarsız

çiçəklərsiz

Xirosimaya vuru

r dəniz.

bir adam gəldi

əlində alın yazısı

qara günləri

Xirosima qaçdı dənizdən.

 

BİTMƏYƏN ŞEİR

 

bitməyən bir şeirdir alın yazımız

ən gözəl röyaları göstərir

ən acı xatirələri yaşadır bizə

neçə kərə könlümüz dolub-daşar

neçə kərə yalnızlıq türküsünü

söylər dodaqlarımız

Bitməyən bir şirdir alın yazımız

əruz vəznində

heca vəznində

özgürlüyə can atar bu günümüz

unutdurur əski eşqimiz

unudular yarıda qalan son eşqimiz

bitməyən bir şeirdir alın yazımız

yenidən başlar sevinclər başdan

çiçək açar acılarımız

titrəyən bir yarpaqdır alın yazımız

bir qovaq yaprağı son baharda

quru, sarı

qapılırıq axışına bir dağ çayının

düşürük içinə ölüm torunun.

Azərbaycan türkcəsinə uyğunlaşdıran Akif ƏhmƏdgil

 

 





19.11.2013    çap et  çap et