525.Az

Türkiyənin xarici işlər naziri Ermənistana dəvət edilib


 

Türkiyənin xarici işlər naziri Ermənistana dəvət edilib<b style="color:red"></b> Ermənistan tərəfi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu dekabrın 12-də Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısına dəvət edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber7" telekanalı məlumat verib.

Məlumata əsasən, Türkiyə XİN rəhbərinin toplantıya qatılmaq istəyində olduğu bildirilsə də, son qərarın Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrinə əsasən veriləcəyi bildirilir.

Qeyd edək ki, dünən Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkistan Vyanada görüş keçiriblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib.
 





20.11.2013    çap et  çap et