525.Az

"Başak-İnam" Sığorta Şirkəti həyatınızın hər anında yanınızdadır


 

"Başak-İnam" Sığorta Şirkəti həyatınızın hər anında yanınızdadır<b style="color:red"></b>

9 avqust 1996- cı ildə Türkiyə tərəfindən Başak Sığorta AŞ və Azərbaycan tərəfindən 1994- cü ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC , "Turan bank" ASC , "Aqrar - Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi  "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak - İnam" Sığorta Şirkəti Azərbaycan -Türkiyə Sığorta və Təkrarsığorta QSC adı ilə təsis edilib.Şirkətin idarə heyətinin sədri Orxan Həsənovdur.

"Başak İnam" Sığorta Şirkəti qarşıya qoyduğu məqsədlərə uğurla nail olur. Gördükləri hər işdə ictimai məsuliyyət prinsiplərinə əsaslanaraq, yenilikçi və yaradıcı yanaşmalarla texnoloji inkişaf meyllərini yaxından izləyir, müştərilərinin və səhmdarlarının istəklərini ən yüksək səviyyədə qarşılayaraq, əməkdaşlarının arzu və təkliflərini dinləyərək onların şirkətin inkişafında iştiraklarını təmin edir.

Zaman keçdikcə şirkətin həyatında bəzi dəyişikliklər baş verib.Fransanın aparıcı sığorta şirkətlərindən biri olan , sığorta xidmətləri ilə yanaşı, bank, qiymətli kağızlar bazarı və daşınmaz əmlak sektorlarında da geniş fəaliyyət göstərən “Groupama” şirkəti tərəfindən alınan Başak Sığorta AŞ öncə Başak Groupama Sığorta AŞ kimi, hazırda isə Groupama Sığorta AŞ adı altında fəaliyyət göstərir.

2006-cı ildən etibarən isə şirkət 110 il öncə Fransada yaradılan, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən A+: Standart & Poor's reytinqli GROUPAMA- nın ortaqlığı ilə inkişaf edir.

2008-ci ildə qəbul edilən sığorta fəaliyyəti haqqında qanuna əsasən 23 yanvar 2009-cu il tarixindən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişib.

"Başak İnam" Sığorta Şirkəti insan resursları siyasətini də uğurla davam etdirir. Məqsəd insan resurslarının idarə edilməsi funksiyalarını və quruculuq fəaliyyətlərini şirkətin hədəfləri istiqamətində fəal və səmərəli şəkildə planlaşdırmaq və həyata keçirməkdir.

"Biz düşündük, yaratdıq, təqdim edirik...Siz baxın, düşünün, inanın, seçin..." missiyası altında şirkət bir çox məhsullarını təqdim edir. Kasko sığortaları, Əmlakın yanğın və digər risklərdən sığortası, Sağlamlıq sığortası, Fərdi qəza sığortaları, Məsuliyyət sığortaları, Səyahət sığortası, Əmlakla bağlı digər sığortalar, İpotekaya qoyulmuş əmlakın sığortası, Mühəndislik sığortaları, Yük sığortaları, kənd təsərrüfatı sığortaları, İcbari sığortalar kimi xidmətlər şirkətin təqdim etdikləri sırasındadır. Bu xidmətlər sırasında Viza sığortası da var ki, bu yeniliyi məhz  ölkədə ilk dəfə "Başak - İnam"  Sığorta şirkəti həyata keçirib. Bunlar sizləri, sevdiklərinizi, sahib olduqlarınızı, təminat altına ala biləcək xidmətlərdir.

 Azərbaycan Respublikası Auditorlar Palatası müxtəlif dövrlərdə şirkətin auditi  olublar. 2008-ci ildən etibarən isə yerli audit təşkilatlarının sırasına "böyük dördlüyə" daxil olan KPMG də qatılıb.

"Başak -İnam" Sığorta Sirkəti ASC bütün qəza və bəlaların sizdən uzaq olmasını arzulayır.

Baş ofis

Tel: (+99412) 4920488, 4970634, 4973700, 4975900

Faks: (+99412) 493 71 82

Ünvan: AZE 1001, B. Sərdarov küç. 15, Bakı, Azərbaycan.

Şirkətin regionlarda da filialları fəliyyət göstərir.

"Başak-İnam" Sığorta Şirkəti ASC.

 Gəncə filialı

Tel: (994 22) 56 78 77

       (994 22) 56 17 97

Ünvan: Gəncə küç. 39, Gəncə, Azərbaycan.

"Başak-İnam" Sığorta Şirkəti ASC

 Beyləqan filialı.

Tel:(994 152) 52 515

Ünvan: Ramil Abbasov küç., 43, Beyləqan, Azərbaycan.

 

 





20.11.2013    çap et  çap et