525.Az

Nobel sülh mükafatı Avropa Birliyinə verildi (YENİLƏNİB)


 

Nobel sülh mükafatı Avropa Birliyinə verildi<b style="color:red"> (YENİLƏNİB)</b>

Norveçin paytaxtı Osloda Nobel sülh mükafatının 2012-ci ildəki laureatı açıqlanıb. 

525.az-ın məlumatına görə, mükafat iqtisadi böhran keçirən Avropa Birliyinə müəyyən stimul vermək məqsədi ilə təqdim edilib. Nobel İnstitutundan verilən açıqlamaya görə, birlik bu vaxtadək bir sıra böyük işlərə imza atıb: “İkinci dünya müharibəsindən sonra dünyanın yenidən sülh əsasında qurulması, ölkələrarası münasibətlərin tənzimlənməsi, Berlin divarının dağıdılmasından sonra kommunist ölkələrində sabitliyin təmin edilməsində Avropa Birliyinin mühüm rolu olub. Avropa Birliyi 60 ildən artıqdır ki, ölkələrarası münasibətləri tənzimləyərək, baş verə biləcək müharibələrrin qarşısını almağa çalışıb”.

Nigar Məhərrəm

 





12.10.2012    çap et  çap et