525.Az

İspaniyanın iki şəhəri dünyanın 59 ən meşəli şəhəri sırasındadır


 

İspaniyanın iki şəhəri dünyanın 59 ən meşəli şəhəri sırasındadır<b style="color:red"></b>

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə “Arbor Day Foundation” fondu “Dünyanın ən meşəli şəhərləri” proqramı çərçivəsində İspaniyanın Madrid və Arroyomolinos şəhərlərini ən meşəli şəhərlər hesab ediblər.

AZƏRTAC xəbər verir ki, 59 şəhər beynəlxalq səviyyədə ən meşəli şəhərlər sayılıb.

Meşəli şəhərlərin ilk siyahısında Paris (Fransa), Dublin (İrlandiya), Kito (Ekvador), Nyu-York və San-Fransisko (ABŞ), Toronto (Kanada) kimi iri şəhərlər, habelə Bredford (Böyük Britaniya), Tandem-Bey (Kanada) və Mantuya (İtaliya) kimi kiçik bələdiyyələr yer alıb.

Bu ada layiq görülmək üçün hər bir şəhər həmin təşkilatların tələb etdiyi bir neçə standarta cavab verməli, o cümlədən ağacların idarə olunması ilə məşğul olan konkret struktura malik olmalı, ağacların siyahısını aparmalı, ağaclar üçün maliyyə resursları ayırmalı, meşə massivlərinin əhəmiyyəti barədə məlumatlılıq səviyyəsini daim artırmalıdır.

Bu təşkilatların rəyindən məhrum olmamaq üçün həmin standartlar hər il yoxlanmalıdır. FAO ilə “Arbor Day Foundation”un məqsədi meşələrin və şəhər məkanının davamlı idarə edilməsi üçün bilik və qabaqcıl təcrübə mübadiləsinə kömək edən beynəlxalq şəhərlər şəbəkəsi yaratmaqdır.

1972-ci ildə Con Rozenov tərəfindən Nebraska ştatında yaradılmış “Arbor Day Foundation” meşəsalma məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatıdır. Fondun missiyası insanları ağac əkməyə, yetişdirməyə ruhlandırmaqdır. Fondun proqramı daha sağlam və yaşıl dünya istəyən üzvlər, donorlar və korporativ sponsorlar tərəfindən dəstəklənir.

 





11.02.2020    çap et  çap et