525.Az

"BİZ DƏ SİZDƏNİK" layihəsinin seçim mərhələləri sona yetib


 

"BİZ DƏ SİZDƏNİK" layihəsinin seçim mərhələləri sona yetib<b style="color:red"></b> Əlillərlə bağlı olan "BİZ DƏ SİZDƏNİK" layihəsinin seçim mərhələləri sona yetib
   
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu dəstəyi ilə "BİZ DƏ SİZDƏNİK" layihəsinin seçim mərhələləri sona yetib.
 
525.az-a daxil olan məlumata görə, iştirakçıların seçimi iki mərhələdə aparılıb. İlkin olaraq müraciət edən 257 nəfər gəncin Cv formaları yoxlanılıb və 53 ən yaxşı Cv sahibləri müsahibəyə cəlb edilib.

Müsahibəni uğurla keçmiş 20 nəfər gənc layihədə iştirak hüququ qazanıblar. Xatırladaq ki, layihə çərçivəsində gənclər üçün 23-25 noyabr 2013-cü il tarixlərində Göyçay şəhərində Çinar oteldə düşərgə təşkil olunacaqdır.

Layihənin əsas məqsədi Gənclər proqramı 2011-2015 in 6.5. (Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması) və 6.6. (Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi) bəndələrinə uyğun olaraq fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiyasını təmin etmək və gənclər arasındakı düşüncə səddini aradan qaldırmaqdır.

Layihəyə seçilmiş gənclərin birinci qrupunun GAMİB və UAFA nın təşkilati dəstəyi ilə birgə ilk görüşü keçirilib. Gənclər birlikdə müxtəlif oyunlar oynamış və rəqslər ediblər. Görüşdə əsas diqqəti cəlb edən anlardan biri də 10-cu sinifdə təhsil alan Cavadın hipnoz terapiası etmə bacarıqları olub.
 





20.11.2013    çap et  çap et