525.Az

Misir Mərdanov Şura yaratdı


 

Misir Mərdanov Şura yaratdı<b style="color:red"></b> AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Misir Mərdanov Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd edib. M. Mərdanov gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayıb.

Rəhbərlik etdiyi elmi müəssisədə 60-a yaxın gənc kadrın fəaliyyət göstərdiyini söyləyən alim institutun gənc alimlərinin elmi potensialının yüksək olduğunu, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini bildirib.

İclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilib.
 





20.11.2013    çap et  çap et