525.Az

Məhkəmə Marneulinin sabiq azərbaycanlı merinə bəraət verib


 

Məhkəmə Marneulinin sabiq azərbaycanlı merinə bəraət verib<b style="color:red"></b>

Rustavi Şəhər Məhkəməsi Marneuli şəhərinin sabiq meri Temur Abazov və onunla birlikdə təqsirləndirilən 2 şəxs barəsində bəraət hökmü çıxarıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə T. Abazovun vəkili Qaqi Mosiaşvili məlumat verib.

Qeyd edək ki, Marneulinin sabiq meri T. Abazov 2018-ci il iyunun 12-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani hərəkətlər etməsi ittihamı ilə həbs edilib. Rustavi Şəhər Məhkəməsi 7 ay sonra, 2019-cu ilin 13 dekabrında T. Abazovun girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarıb.

 





12.02.2020    çap et  çap et