525.Az

Azərbaycan və İordaniya ədəbi əlaqələri müzakirə edilib


 

Azərbaycan və İordaniya ədəbi əlaqələri müzakirə edilib<b style="color:red"></b>

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh Dövlət Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan–İordaniya ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr – Azərbaycan ədəbiyyatının İordaniyada tanıdılması, yayımı, ərəb dilinə tərcümə edilərək Misirdə nəşr olunmuş “Azərbaycan hekayəsi” kitabı, Xalq yazıçısı Elçinin “Baş” romanı, “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” (müəllif – N.Cəfərov), “Azərbaycan–ərəb dili danışıq kitabçası”nın İordaniyanın Milli Kitabxanası və digər aparıcı kitabxanalarına yerləşdirilməsi kimi məsələlər müzakirə edilib.

Görüşün sonunda qonağa mərkəzin ərəb dilində ərsəyə gətirdiyi kitablar hədiyyə edilib.

 





13.02.2020    çap et  çap et