525.Az

Rusiya məhkəməsi "Twitter"i cərimələyib


 

Rusiya məhkəməsi "Twitter"i cərimələyib<b style="color:red"></b>

Moskva Məhkəməsi "Twitter"i 4 milyon rubl (63 min ABŞ dolları) məbləğində cərimələyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, məhkəmə ABŞ-ın "Twitter" kompaniyasını rusiyalı istifadəçilərin şəxsi məlumatları olan serverləri Rusiyaya gətirməkdən imtina etməsinə görə cərimələyib.

"ABŞ-ın Kaliforniya ştatında qeydiyyatda olan xarici hüquqi şəxs olan "Twitter Inc" inzibati cinayət törətməkdə təqsirkar bilinərək 4 milyon rubl məbləğində cərimələnsin”, - deyə məhkəmənin hökmündə bildirilib.

 

 





13.02.2020    çap et  çap et