525.Az

Xəzəryanı ölkələr arasında turizm üzrə saziş imzalanacaq


 

Xəzəryanı ölkələr arasında turizm üzrə saziş imzalanacaq<b style="color:red"></b>

“Tezliklə İranda Xəzəryanı ölkələr arasında turizm sahəsi üzrə əməkdaşlığa dair saziş imzalanacaq”.

Bunu İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm nazirinin müavini Vəli Teymuri APA-nın Tehran bürosuna açıqlamasında deyib.

O bildirib ki, Xəzəryanı ölkələr tərəfindən turizm sahəsində saziş layihəsi hazırlanıb.

Nazir müavini qeyd edib ki, Xəzəryanı ölkələrin turizm sahəsinə məsul şəxslərinin iştirakı ilə İranın Gülüstan əyalətində görüş keçiriləcək və saziş imzalanacaq.

 





13.02.2020    çap et  çap et