525.Az

Sədr: "Pozuntuları yayan KİV MSK-nın pozuntularla bağlı qərarlarını işıqlandırmır"


 

Sədr: "Pozuntuları yayan KİV MSK-nın pozuntularla bağlı qərarlarını işıqlandırmır"<b style="color:red"></b>

"Bizim fəaliyyətimizə şübhə ilə yanaşan BBC media quruluşunun müxbiri var idi. Çatdırın ki, mən onu axtarıram”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, ötən gün BBC-nin müxbiri MSK-nın fəaliyyətinə şübhə ilə yanaşıb: “O, bizi qorxudurdu. Ancaq mən bu gün onu görmürəm. Pozuntuları ortaya qoyanlar MSK-nın pozuntularla bağlı qərarlarını işıqlandırmır”.

 





13.02.2020    çap et  çap et