525.Az

İon Kiku: Biz azərbaycanlı investorlara Moldovada ən yaxşı şərtlər təklif etməyə hazırıq


 

İon Kiku: Biz azərbaycanlı investorlara Moldovada ən yaxşı şərtlər təklif etməyə hazırıq<b style="color:red"></b>

Moldovanın Baş Naziri İon Kiku Azərbaycan Respublikasının bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşüb.

AZƏRTAC xəbər verir ki, İ.Kiku ikitərəfli münasibətlərin dinamikasından danışaraq, 2019-cu ilin sonunda Azərbaycanın Baş Naziri Əli Əsədovla keçirdiyi müzakirələri yüksək dəyərləndirib. Hökumət başçısı Moldovanın iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı üzrə niyyətini təsdiqləyərək deyib: “Biz azərbaycanlı investorlara Moldovada ən yaxşı şərtlər təklif etməyə hazırıq. Biz yeni iş yerləri, həmçinin rəqabətqabiliyyətli xidmətlər və məhsullar yaradacaq işgüzar niyyətləri fəal şəkildə dəstəkləyəcəyik”.

Səfir Q.Osmanov ölkəsinin qarşılıqlı faydalı əməkdaşlığı barədə niyyətini ifadə edib.

Görüşdə hər iki ölkənin sahibkarları üçün kommunikasiya platforması qismində forumun keçirilməsi, enerji və nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

 





13.02.2020    çap et  çap et